top of page
Ara

Niyə evlənən hər kəs hüzurlu evlilik yaşaya bilmir❓





Ümumiyyətlə, nədir hüzur? Hüzur, rahatlıqdır, sakitlikdir, kiməsə nəyisə sübut etməyə çalışmamaqdır, təsdiqə ehtiyac duymamaqdır, özünə hörmət etməkdir, özünü sevmək, özünə dəyər verməkdir, özünlə harmoniya içində olmaqdır, rəqabətsiz yaşamaqdır, yaşamaqdan zövq almaqdır. Bəs sizə görə hüzur nədir?


Hüzurlu evlilik arzulamadan öncə özünə sual ver ki, həqiqətən hüzurlu hiss edirsənmi? Münasibət qurduğun insanın hüzurla arası necədir?


Münasibət qurularkən, təməlinin necə atılması çox önəmlidir. İki hüzur hissindən uzaq gəncin birlikdə hüzurlu evlilik yaşaması, qeyri-mümkündür. Deməli, hüzurlu evlilik üçün ilk nə lazımdır? Özümüzün hüzurlu hiss etməyimiz, sonrasında seçdiyimiz şəxsin hüzurlu hiss etməsi. Daha sonra digər bəndlərə keçmək olar 👇🏻


- hisslərini qarşı tərəfə olduğu kimi çatdırın. Heç birini basdırmadan, vaxtında qarşı tərəflə bölüşün. Əks halda, yığılan, bölüşülməyən hisslər, aqressiya yaradır;

- anlayış göstərin. Mesajınıza, zənginizə gec döndüsə, dalaşmaq, küsmək yerinə, səbəbini soruşun;

- qısqanclıq etməyin. Qısqanclıq, əslində güvənsizlikdir. Güvənmədiyiniz insanla bir yola çıxmayın;

- küsməyin. Küsmək, həm də qaçmaq deməkdir. Danışmaq, müzakirə etmək yerinə, niyə qaçmağı seçirsiniz?;

- empatiya qurun. Məsələlərə öz gözünüzlə baxmaqdan əlavə, birdə onun gözləri ilə baxmağı öyrənin;

- gününüzün necə keçdiyini soruşun bir-birinizdən. Bu suala hər iki tərəfin o qədər ehtiyacı olur ki;

- sarılın, sevginizi, qayğınızı göstərməkdən çəkinməyin;

- bir-birinizin sevdiyi şeyləri edin birlikdə. Bu, film izləmək də ola bilər, birlikdə yemək bişirmək də;

- hörmət edin. Fikir ayrılıqlarınız ola bilər. Sizinlə razı olmasına məcbur etmək yerinə, onun fikrinə də hörmət edin. Öz fikrinizi də deməyi unutmayın;

- dinləyin. Tərəflərin bir-birini sözünü kəsmədən dinləyə bilməsi, çox önəmlidir, həm də çox qiymətli.


Əslində siyahı uzundur, amma ən əsas punktları sizinlə bölüşdüm. Bəs sizin əlavələriniz nələrdir?

 
 
 

Comments


bottom of page