top of page
Ara

Rəqəm kodları nədir və necə istifadə etməliyik❓


ən çox aldığım suallardan biri ilə bağlı post hazırlamağa qərar verdim. Bu postdan sonra rəqəm kodları ilə hər kəsin ulduzu barışacaq məncə ✅ ❓Rəqəm kodları nədir? Rəqəm kodları, kainatla ünsiyyət qurmağımızın ən sadə yollarından biridir. Və sizlərin də bildiyi kimi hər şey enerjidən ibarətdir. Hər kəlimənin enerjisi olduğu kimi rəqəmlərin də enerjisi var. Rus riyaziyyatçı Grigory Grabovoi tərəfindən yaradılmış və “rəqəmlərlə şəfa” adı altında paylaşılmışdır. Riyaziyyatçıya görə, rəqəmlər bir araya gəldikləri zaman, fərqli mövzulara aid enerji yayır. Qısacası, rəqəm kodları frekansımızı qaydasına salır, işığımızı artırır, istənilən mövzuda blokları aradan qaldırır. ❓Rəqəm kodlarından necə istifadə etməliyik? Deyək ki, sıxıntılısınız, işləriniz alınmır, bu zaman 519 7148 rəqəm kodunu tək-tək və inanaraq oxuyursunuz, beş bir doqquz (boşluq olduğuna kimi biraz ara verilir) yeddi bir dörd səkkiz. Bu rəqəm kodu “hər şey mümkündür” şəklində tərcümə edilir. Yaxud 918197185 - hər şey yolundadır; 17981 - istədiyim nəticəni alıram; 518 491 617 - bolluğu həyatıma çəkirəm; 520 - pul mənə asanlıqla gəlir; 814418719 - pis enerjilərdən qorunuram; 9.1.1.0 - şansımı yüksəldirəm; 398.117.398 - imtahandan uğurla keçirəm. Rəqəm kodlarından istifadə etmək üçün inanclı olmanız yetərlidir. İstəsəniz, içdiyiniz su qabına yazıb, yapışdıra, yaxud suya deyib, içə də bilərsiniz. Suyun enerjisi də möhtəşəmdir çünki. İndiyə qədər rəqəm kodlarından istifadə etmisiniz❓Faydalı olub❓


 
 
 

Yorumlar


bottom of page